DÜNYA


Brnoda Avropada ən böyük 3D-planetari açılır

Praqa, 3 oktyabr, AZƏRTAC

Brnodakı rəsədxananın və planetari haqlı olaraq müxtəlif elmləri, o cümlədən astronomiyanı populyarlaşdıran mərkəz hesab edilir. Oktyabrın 5-dən etibarən buraya gələnlər ulduzların və planetlərin yeni, daha parlaq rəng komponentlərini fərqləndirə biləcəklər.

AZƏRTAC xəbər verir ki, mərkəzin əməkdaşları maksimal stereoskopik effekt yaradılması üçün tikilmiş yeni 3D-planetarini jurnalistlərə təqdim ediblər. Əməkdaşların sözlərinə görə, bu, Mərkəzi Avropada 3D imkanların dəstəkləyən proyektorlarla işləyən ən böyük planetaridir. Yeni planetarinin təchizatına Brno şəhər büdcəsindən 39 milyon kron (1,5 milyon avro) sərmayə qoyulub. Binanın yenidən qurulması və texniki xarakterli dəyişikliklər üçün daha 10 milyon kron xərcləmək lazım gəlib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.