CƏMİYYƏT


Bronxogen sistin irinləməsi diaqnozu qoyulan 12 yaşlı uşaq üzərində əməliyyat aparılıb

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin uşaq cərrahlığı kafedrasında 12 yaşlı uşaq üzərində əməliyyat uğurla icra edilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ağır vəziyyətdə klinikaya gətirilən xəstədə hərarətin yüksək olması, təngnəfəslik, döş qəfəsində kəskin ağrı əlamətləri müşahidə edilib.

Klinikanın baş həkimi Ramiz Poluxov bildirib ki, bronxogen və enterogen sistlər eyni embrioloji kökdən yararlanan inkişaf qüsurlarıdır və vaxtında aşkar olunaraq xaric edilməlidir. Həkimin dediyinə görə, sistlər vaxtında müəyyən edilmədikdə sistin irinləməsi kimi fəsadlara və xəstələrin bir neçə dəfə cərrahi müdaxiləyə məruz qalmasına gətirib çıxarır: “Döş qəfəsinin kompüter tomoqrafiyası müayinəsinə əsasən, uşağa bronxogen sistin irinləməsi diaqnozu qoyulub. Aparılan intensiv əməliyyatönü hazırlıqdan sonra xəstə üzərində sağ tərəfli torakoskopiya, irinləmiş bronxogen sistin drenajı əməliyyatı yerinə yetirilib. Əməliyyat zamanı sist boşluğundan 400 ml-ə qədər irin xaric edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.