ELM VƏ TƏHSİL
Bruney Hökuməti 2013 -2014-cü təhsil ili üçün bütün ali təhsil pillələri üzrə təqaüd proqramlarını təklif edir
Bakı, 2 fevral (AZƏRTAC). Bruney Hökuməti Bruney Darüssalam Universitetində, Sultan Şərif Əli İslam Universitetində və Bruney Texnologiya İnstitutunda 2013-2014-cü təhsil ili üçün bütün ali təhsil pillələri üzrə təqaüd proqramlarını təklif edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, doldurulmuş ərizə formaları müvafiq təhsil sənədlərinin təsdiq edilmiş surətləri ilə birlikdə fevralın 14-dən gec olmayaraq Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin texniki yardım şöbəsinə çatdırılmalıdır.
Təklif olunan proqramların siyahısı bu ünvandan əldə oluna bilər: http://www.mofat.gov.bn/images/stories/Schlorship/2013_2014/program.pdf
Təqaüd proqramları ilə bağlı məlumat və ərizə formalarını isə bu ünvandan əldə etmək olar: http://www.mofat.gov.bn/index.php/bd-scholarship-2013-2014
Təqaüdlərlə bağlı əlavə məlumat üçün Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin texniki yardım şöbəsinin [email protected] elektron poçt ünvanına, yaxud Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İlham Hümbətova 012 496 3414 telefon nömrəsi vasitəsilə müraciət etmək olar.