Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz, xalqlarımız arasındakı səmimi dostluq, əməkdaşlıq münasibətlərini çox yüksək qiymətləndirir və ümid edirəm ki, ikitərəfli və çoxtərəfli əlaqələrimiz xüsusən də Sizin Qoşulmama Hərəkatına sədrliyiniz dövründə daha da dərinləşəcəkdir.

Sizə ən dərin ehtiramımı və xoş arzularımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq diləyirəm. Ramazan bayramınızı təbrik edirəm.

Vəssalamu aleykum va rahmatullahi va barakatuhu.

 

Hacı Həssənal Bolkiah

Bruneyin Sultanı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin