DÜNYA


Brüs Lini kinoya gətirən prodüser Reymond Çou vəfat edib

Pekin, 2 noyabr, AZƏRTAC

Honkonqun kino sənayesinin “xaç atası” hesab olunan film prodüseri Reymond Çou 91 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “China South Morning Star” qəzeti məlumat yayıb. Şərq döyüş sənətini kinoya gətirərək dünya səhnəsinə çıxarmaqla tanınan Reymond Çou müxtəlif mövzu və janrlarda 600-dən çox filmə prodüserlik edib. O, həm də məşhur döyüş filmləri ulduzu Brüs Lini kinoya gətirməklə tanınır. “Golden harvest” kino şirkətinin həmtəsisçisi olan R.Çou Ceki Çən, Tsuy Hark kimi ulduzlara da prodüserlik edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.