DÜNYA


Brüssel daha bir avtomobilsiz gün yaşayıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Belçikanın paytaxtı Brüsseldə bir günlüyə avtomobillər üçün bağlanan yolları və küçələri piyadalar və velosipedçilər doldurub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Belçikada hər il sentyabrın üçüncü bazar günü “Avtomobilsiz gün” tədbirləri ilə qeyd olunur. Saat 9:30-dan 19:00-dək sərnişin nəqliyyatı istisna olmaqla, avtomobillərin hərəkəti dayandırılır. Avtobuslar və hərəkət etməsi zəruri olan maşınlar üçün saatda 30 kilometr sürət limiti qoyulur.

Brüssel şəhərində gün boyu gəzintilər, oyunlar, sərgilər, idman yə sənət tədbirləri keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.