DÜNYA


Brüssel polisi etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından istifadə edir

Bakı, 30 noyabr, AZƏRTAC

Polis yanacağın qiymətinin artmasından narazı olan “sarı jiletlərin” Brüsselin mərkəzində keçirdiyi etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından istifadə edir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, noyabrın 30-da günorta saatlarında başlayan icazəsiz etiraz aksiyası Avropa kvartalına keçib. Polis Kral sarayı qarşısındakı parkın çıxışında insan kütləsinin qarşısını kəsib.

Həmçinin “sarı jiletlər” hərəkatının yüzlərlə fəalı Brüsselin mərkəzi küçələrinin birində avtomobil hərəkətini dayandırmağa çalışıb. Sonradan onlar Mərkəzi vağzala doğru irəliləyiblər. Hazırda nümayişçilər bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi Rejan və Lua küçələrinin kəsişməsində hərəkəti dayandırıblar.

Lyej vilayətində daha kəskin vəziyyət yaranıb. Buradakı neft bazasının qarşısında etirazlar ara vermədən davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.