İQTİSADİYYAT


Brüsseldə Azərbaycanın İKT sahəsində gördüyü işlərdən danışılıb

Brüsseldə Azərbaycanın İKT sahəsində gördüyü işlərdən danışılıb

Bakı, 2 dekabr, AZƏRTAC

Brüsselə işgüzar səfər çərçivəsində Belçikanın Sənaye Müəssisələri Federasiyası – "Agoria"nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etdik.

AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.

“Belçikanın İKT, nəqliyyat və kosmik sahədə fəaliyyət göstərən şirkətlərinin qatıldığı tədbirdə Azərbaycanda müvafiq sahələr üzrə həyata keçirilən layihələr haqqında məlumat verdik, şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə etdik.

Avropa İttifaqının ədliyyə komissarı Didier Reynders ilə keçirilən görüşdə Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR), məlumatların qorunması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi apardıq”, - deyə nazir bildirib.

Həmçinin Belçikanın Baş nazirinin müavini, nəqliyyat naziri Georges Gilkinet və Belçikanın rəqəmsallaşma üzrə dövlət katibi Mathieu Michel ilə görüşlər keçirildiyini diqqətə çatdıran nazir Rəşad Nəbiyev vurğulayıb ki, nəqliyyat və rəqəmsallaşma, eləcə də bu sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.