SİYASƏT


Brüsseldə “Cənubi Qafqazda münaqişədən sonrakı çağırışlar” mövzusunda vebinar keçirilib

Berlin, 18 noyabr, AZƏRTAC

Noyabrın 17-də Brüssel Mətbuat Klubunun təşkilatçılığı ilə “Cənubi Qafqazda münaqişədən sonrakı çağırışlar” mövzusunda vebinar və virtual fotosərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Avropa İttifaqı -Azərbaycan əməkdaşlıq Komitəsinin həmsədri, Avropa Parlamentinin deputatı Səyyad Kərim moderatorluq edib. O, açılış nitqində bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərindən danışıb, burada erməni işğalı nəticəsində qalan dəhşətli vandalizm izləri ilə yanaşı, Azərbaycan dövləti tərəfindən həyata keçirilən misilsiz miqyaslı yenidənqurma işlərinin görüldüyünü qeyd edib.

Azad edilmiş əraziləri ziyarət edən İsveçdən olan cütlük Peter və Larisa Johansson da böyük həcmdə foto material toplayıblar və bunun əsasında vebinar iştirakçılarına təqdim olunan fotosərgi yaratmağa nail olublar. Çıxışlarda onlar qeyd etdikləri kimi, əsası 1752-ci ildə Azərbaycan xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhərinə səfərləri ilə bağlı təəssüratlarından danışıblar. Qonaqlar Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsindən, habelə işğalçıların olduqları bütün ərazilərdə geridə qoyduqlarından çox hiddətlənmişdilər. Onların çəkdikləri fotoşəkillər, həmçinin ANAMA komitəsinin fəaliyyətini, müxtəlif növ mina və partlamamış hərbi sursatlardan yaranan təhlükəni əks etdirirdi. Füzulidə yeni beynəlxalq hava limanı onlarda böyük təəssürat yaradıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında qaçqınların məşəqqətlərindən, öz doğma yurd-yuvalarına qarşı onilliklər ərzində çəkdikləri həsrətdən danışıb.

ANAMA-nın Regional Əməliyyatlar meneceri Ramil Əzizov rəhbərlik etdiyi qurumun 44 günlük müharibənin başa çatmasından sonra gördüyü işdən danışıb.

Rumıniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin keçmiş üzvü Ramona Nikole Manesku regional inkişaf və sülh naminə iki xalqın tezliklə barışmasının zəruriliyindən söz açıb.

Doktorant Aynur Bəşirova münaqişədən sonrakı dövrdə regionun perspektivlərindən bəhs edib.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.