MƏDƏNİYYƏT


Brüsseldə İsfar Sarabski və Rain Sultanovun konserti olub

Brüssel, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi Brüssel İncəsənət Sarayı (BOZAR) ilə birgə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində apardığı əməkdaşlıq çərçivəsində Brüsseldə məşhur Azərbaycan musiqiçiləri, Əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, orqan musiqisi gecəsi çərçivəsində keçirilən proqramın əvvəlində İsfar Sarabski və Rain Sultanovun birgə albomu “Cycle” barədə tamaşaçılara məlumat verilib.

Daha sonra saksofonun müşayiəti ilə orqan və piano ifasında musiqi parçaları təqdim olunub. Musiqiçilərimiz öz ifaları ilə orqan musiqisinin caz repertuarında özünəməxsus yer tutduğunu yüksək ustalıqla tamaşaçılara çatdırıblar.

Musiqiçilərimizin ifası çoxsaylı auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.