RƏSMİ XRONİKA
Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil olunub
Prezident İlham Əliyev qəbulda iştirak edib VİDEO
Brüssel, 11 iyul, AZƏRTAC
İyulun 11-də Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil edilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib.
Qəbuldan əvvəl birgə foto çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda iştirak etdi.