SİYASƏT


Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş konfrans başa çatıb

Brüssel, 14 may, AZƏRTAC

AZƏRTAC-ın xəbər verdiyi kimi, dünən Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyi münasibətilə ikigünlük bayram tədbiri başlayıb. Tədbirdə “Şərq Tərəfdaşlığı”nın iştirakçısı olan dövlətlərin – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın nümayəndə heyəti başçılarının Avropa İttifaqının liderləri, o cümlədən Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə rəsmi görüşləri və onların iştirakı ilə rəsmi nahar nəzərdə tutulmuşdu.

Bu gün Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin hamiliyi ilə konfrans keçirilib. Konfransda “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirləri, vətəndaş cəmiyyətinin üzvləri, biznes-liderlər, 34 ölkədən jurnalistlər iştirak ediblər. Tədbirdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və başqa siyasətçilər çıxış edərək, şərəfinə bayram təşkil edilən yubilyarın – “Şərq Tərəfdaşlığı” Proqramının əhatə etdiyi regionun inkişafında onun böyük rol oynadığını vurğulayıblar.

Bununla da konfrans işini başa çatdırıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.