SİYASƏT


Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti davam edir

Brüssel, 14 may, AZƏRTAC

AZƏRTAC-ın xəbər verdiyi kimi, dünən Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyinin bayram edilməsi tədbirləri başlayıb. Avropa İttifaqı, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna bu günlərdə həmin tarixi bir sıra tədbirlərlə qeyd edirlər. Dünən Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə rəsmi görüşlər və rəsmi nahar keçirilib.

Bu gün Avropa Komissiyasının binasında yüksək səviyyədə konfrans gözlənilir. Konfransda tərəfdaş ölkələrin dövlət və hökumət başçıları, Aİ-nin üzvü olan ölkələrin xarici işlər nazirləri, vətəndaş cəmiyyətinin üzvləri, biznes-liderlər, 34 ölkədən jurnalistlər iştirak edəcəklər. Bundan əlavə, tədbirdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini və Avropa Komissiyasının digər üzvləri iştirak edəcəklər. Tədbir ilk onillik ərzində bu tərəfdaşlığın necə inkişaf etdiyini müzakirə etməyə, regionda fəaliyyət göstərən və ya bu siyasi strukturda bilavasitə iştirak edən əsas əlaqədar tərəflərin nümayəndələrinin geniş çevrəsində onun gələcəyinin necə olacağı barədə fikir mübadiləsi aparmağa imkan verir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.