DÜNYA


Brüsseldə avrozona üzrə danışıqlarda irəliləyişə nail olunub

Brüssel, 4 dekabr, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv ölkələrin nümayəndələri arasında avrozonada islahatlara dair sazişin hazırlanması üzrə Brüsseldə keçirilən görüş 16 saat davam edib.

AZƏRTAC xəbər verir ki, işçi qrupun rəhbəri Mario Senteno Aİ ölkələrinin maliyyə nazirləri arasında Avropada stabilləşmə mexanizminin əsas müddəaları və böhran vəziyyətində olan maliyyə institutlarının təhlükəsizliyi mexanizminin inkişafı ilə bağlı razılaşma əldə olunduğunu bildirib. Almaniya və Fransa avrozonaya məxsus büdcənin yaradılması üzrə məsləhətləşmələrin davam etdirilməsində israr edirlər. Bir sıra ölkələrin nümayəndələri, o cümlədən Niderland təmsilçiləri bu ideya ilə bağlı şübhələrini dilə gətiriblər. Senteno bildirib ki, bu məsələ ilə bağlı yekun qərar qəbul olunmayıb.

Bununla belə, Fransanın iqtisadiyyat və maliyyə naziri Le Mer bəyan edib ki, görüşdə “ilk dəfə avrozonanın büdcəsinə dair əsl perspektiv açılıb”. Onun alman həmkarı Olaf Şolts isə qeyd edib ki, “avro ilə bağlı islahatlar üzrə qəti addımlar atılır”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.