SİYASƏT
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
Brüssel, 13 dekabr, AZƏRTAC
Brüsseldə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, NATO yanında daimi nümayəndəliyinin və yerli diaspora təşkilatlarının təşəbbüsü ilə keçirilən anım tədbirində əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü qarşısına çiçəklər qoyulub və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Qaya Məmmədov Heydər Əliyevin xalqımızın qarşısındakı xidmətlərindən və diplomatiya sahəsində əldə edilmiş nailiyyətlərdən danışıblar. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursu ölkəmizi beynəlxalq aləmdə nüfuz sahibinə çevirib. Bu gün həmin siyasət Ümummilli Liderin layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin