DÜNYA


Brüsseldəki Yəhudi Muzeyinə hücum etmiş şəxs ömürlük həbs cəzasına məhkum olunub

Brüssel, 9 mart, AZƏRTAC

2014-cü ilin may ayında Brüsseldəki Yəhudi Muzeyinə hücum etmiş Fransa vətəndaşı barəsində məhkəmə hökmü çıxarılıb. AZƏRTAC Belçika KİV-lərinə istinadla xəbər verir ki, İŞİD-in tərəfində terror fəaliyyətində iştirak etmiş 33 yaşlı Mehdi Nemmuş Yəhudi Muzeyinə hücum zamanı dörd nəfəri qətlə yetirib. Bu, Suriyada döyüş əməliyyatlarından sonra qayıtmış Nemmuşun Avropada törətdiyi ilk terror aktı olub.

Martın 9-da hakimlər Nemmuşun ömürlük həbs cəzasına məhkum edilməsi qərarını elan edəndə o, heç bir emosiya göstərməyib.

Vüqar Seyidov

AZƏRTAC –ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.