DÜNYA
Brüsselli həkim yeni il lotereyasında 7,5 milyon avro udub
Bakı, 8 yanvar, AZƏRTAC
Brüsseldə həkim yeni il milli lotereyasının cekpotunu udaraq 7,5 milyon avro qazanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xoşbəxt qalib həmin vəsaitin bir hissəsini övladlarına ayıracağını və xeyriyyəçiliyə sərf edəcəyini, qalan pulları isə daşınmaz əmlaka və şərab istehsalına yatıracağını bildirib.
Belçika sakinləri üçün Avropanın EuroMillions lotereyası daha düşərli olub. 2018-ci ilin noyabrında o, qalibinə 50 milyon avrodan çox qazandırıb. Ötən ilin avqustunda daha bir belçikalı həmin lotereyada 108 milyon avroya yaxın pul udub. 2016-cı ildə isə Brüssel şəhərinin küçə təmizləyicisi krallıq tarixində ən iri uduşa - 168 milyon avroluq cekpota sahib olmuşdu. 2017-ci ildə digər iki xoşbəxt belçikalı EuroMillions vasitəsilə 153 və 23 milyon avro udmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [20:29]
Türkiyədə zəlzələ olub
- 18.04.2024 [19:30]
Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [19:29]
Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb
- 18.04.2024 [19:24]
Gürcüstanda torpaq sürüşməsi baş verib
- 18.04.2024 [17:06]
Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib
- 18.04.2024 [16:54]
Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib
- 18.04.2024 [16:28]
“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb
- 18.04.2024 [16:12]