İQTİSADİYYAT


Bu avtomagistrallarda sürət həddi dəyişdirilib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-dən etibarən Heydər Əliyev prospekti (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) - Mərdəkan-Zağulba və Zığ dairəsi-hava limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi saatda 110 kilometr müəyyən edilib.

Sürücülərdən yollarda diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.