MƏDƏNİYYƏT


Bu axşam “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək

Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxacaq

Bakı, 16 may, AZƏRTAC

Bu axşam “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutacaq ikinci yarımfinalda ölkəmizlə yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveç və İsveçrədən olan ifaçılar çıxış edəcəklər.

Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, İsrail festivalının keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində israilli Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.