MƏDƏNİYYƏT


Bu axşam “Eurovision 2019” mahnı müsabiqəsinin yarımfinalı keçiriləcək

Bakı, 14 may, AZƏRTAC

Bu axşam “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutacaq ilk yarımfinalda 17 ölkə - Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marino çıxış edəcək.

Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, İsrail festivalının keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində israilli Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.