MƏDƏNİYYƏT


Bu ay Qobustan qoruğunda ziyarətçi sıxlığı müşahidə edilib

Bakı, 15 may, AZƏRTAC

Qobustan Milli Tarix- Bədii Qoruğunda hər il olduğu kimi, bu ay da ziyarətçi artımı müşahidə olunur.

Qoruqdan AZƏRTAC-a bildirilib ki, ziyarətçilərin böyük əksəriyyətini - 90-95 faizini məktəblilər təşkil edir.

Eyni saatlarda 1000-1500 nəfər məktəblinin qoruğa daxil olması isə ciddi ziyarətçi sıxlığına səbəb olur.

Bu vəziyyətin həm qoruq, həm də ziyarətçilər üçün süni çətinliklər yaratdığını nəzərə alaraq qoruq il ərzində yalnız bir gün -1 yanvar tarixini çıxmaq şərti ilə (karantinlə bağlı məhdudiyyətlərin tətbiq edilmədiyi zamanlarda) hər gün saat 10:00-dan 18:00-a dək fəaliyyət göstərir.

Bu baxımdan, yaranan sıxlığın aradan qaldırılması məqsədilə müəllim və şagird kollektivlərindən ziyarətlərini günorta saatlarına planlamalarını və ilk gələn ziyarətçi kollektivlərinin hüquqlarının pozulmaması üçün növbəlilik rejiminə riayət etmələri xahiş olunur.

Qeyd edək ki, qoruq ərazisində itirilmiş, oğurlanmış və ya zədələnmiş şəxsi əşyalar üçün məsuliyyət daşımır.

Məktəblilər qoruq ərazisində olduqları bütün vaxt ərzində müəllimləri və ya onlar üçün ayrılmış nəzarətçilər tərəfindən müşayiət edilməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.