MƏDƏNİYYƏT


Bu ayın sonlarında ölkəmizə UNESCO-nun araşdırıcı komissiyası gələcək

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın axırlarında ölkəmizə UNESCO-nun araşdırıcı komissiyası gələcək. Araşdırıcı komissiyası gələn il Bakıda keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı Təşkilat Komitəsinin işləri ilə tanış olacaq və görüşlər keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

“Araşdırıcı komissiya oktyabrın əvvəlində qərar qəbul edəcək və ölkəmizlə UNESCO arasında ev sahibliyi ilə bağlı müqavilə bağlanacaq. Bu müqavilə artıq bizim üçün strateji yol xəritəsi kimi qəbul olunmalı və burada əks olunan məsələləri ciddi yerinə yetirməliyik”, - deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.