MƏDƏNİYYƏT


Bu dəfə “Muğam dünyasına səyahət” Nardaranda olacaq

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə həyata keçirdiyi “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Nardaran qəsəbə Mədəniyyət Mərkəzində keçiriləcək.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsert proqramında Nardaran sakinləri ilə görüşə Muğam Televiziya Müsabiqəsinin laureatları gələcək. Gənc xanəndələr “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər ifa edəcəklər.

Qeyd edək ki, bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək.

Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.