İQTİSADİYYAT
Bu ərazilərdə rənglənmə işləri aparılacaq
Bakı, 3 sentyabr, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə sentyabrın 3-də axşam saat 22:00-dan səhər saatlarınadək Nəsimi rayonunun Ceyhun bəy Hacıbəyli küçəsi və Binəqədi rayonunun Məsud Davudoğlu küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri, həmçinin Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Aleksandr Puşkin küçəsinin kəsişməsində sarı tor zolaqlarıının çəkilişi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, saat 13:00-dan başlayaraq axşam saatlarına qədər Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri görüləcək.
Sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]