İDMAN


Bu gün Avstriyada Formula -1 üzrə dünya çempionatının yeni mövsümünə start verilir

Vyana, 5 iyul, AZƏRTAC

Bu gün Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında Formula-1 üzrə dünya çempionatının yeni mövsümünə start veriləcək.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra bərpa olan Formula-1 Qran-Prisini avtomobil idmanı həvəskarları maraqla gözləyirlər.

“Mercedes“ komandasının favorit kimi qatıldığı yarışma boş tribunalar qarşısında keçiriləcək. Tamaşaçıların iştirakının qadağan olunmasına görə təşkilatçılar qazanc götürə bilməsələr də, bu yarışmanın dünyanın hər bir tərəfindən yüz milyonlarla avtomobilsevərin izləyəcəyini nəzərə aldıqda, o zaman reklam və efir vaxtından kifayət qədər vəsaitin əldə ediləcəkləri gözlənilir.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) yarışmanı pandemiya ilə əlaqədar sərt qaydalar tətbiq edib və yarış öncəsi sosial məsafəni gözləmədiyinə görə “Red Bull” və “Ferrari“ komandalarına xəbərdarlıq edib. Mövsümə başlamazdan öncə bütün pilotlar, komanda üzvləri, texniki heyət və təşkilatçılar (ümumilikdə 4032 nəfər) koronavirus testindən keçib və heç kimdə yoluxma aşkarlanmayıb.

Qeyd edilməlidir ki, Formula-1 tarixində ilk dəfə iki yarışma ardıcıl olaraq eyni məkanda baş tutacaq. Yarışma iştirakçılarının sağlamlığını ön planda tutan FIA mövsümün növbəti yarışını bir həftə sonra eyni trasda keçirəcəkdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.