İDMAN
Bu gün Azərbaycan boksçusu Tayfur Əliyev dünya çempionatında ilk görüşünə çıxacaq
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Azərbaycan boksçusu Tayfur Əliyev Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında ilk görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuzun rəqibi isveçrəli Tiaqo Puqno olacaq.
Dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunub. Yekaterinburqda EXPO Arenada baş tutan yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.
Xatırladaq ki, sentyabrın 9-da rinqə çıxan birinci boksçumuz Amin Kuşkov Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]