İDMAN


Bu gün Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk görüşünə çıxacaq

Bu gün Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində ilk görüşünə çıxacaq

Bakı, 24 mart, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində mübarizəyə başlayır.

AZƏRTAC xəbər verir ki, millimiz 2023-cü ildəki ilk sınağına Avstriyada çıxacaq.

Yığmamız Linz şəhərində yerli komandanın qonağı olacaq. Ralf Ranqnikin kollektivi doğma arenasındakı görüşün favoriti sayılsa da, heyətində kifayət qədər itkilər var. Belə ki, Filip Linxart, Matias Honsak, Marko Arnautoviç və Aleksander Şlageri zədə səbəbindən komandadan uzaqlaşdırmalı olan almaniyalı mütəxəssis kapitan David Alabaya da bu matçda istirahət verməyi planlaşdırır. Həmçinin, Stefan Poş və Aleksander Prassın da iştirakı sual altındadır.

Azərbaycan millisində yeganə itki Mahir Emrelidi. Hücumçu zədə ucbatından komandadan ayrı qalıb.

“Raiffeisen Arena”da oynanılacaq Avstriya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qarşılaşmanı polşalı baş hakim Bartoş Frankovski idarə edəcək. Ona Marcin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.