İDMAN


Bu gün Azərbaycan şahmatçıları dünya kuboku turnirində növbəti oyunlarını keçirəcəklər

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsinin partiyaları oynanılacaq.

AZƏRTAC xəbər verir ki, otuzikidəbir finalda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov özbəkistanlı Rüstəm Qasımcanov, Teymur Rəcəbov rusiyalı Sənan Syugirov, Eltac Səfərli hindistanlı Sarin Nihal və Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perez ilə qarşılaşacaqlar.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.