İDMAN


Bu gün Azərbaycan və Latviya milliləri arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək

Bu gün Azərbaycan və Latviya milliləri arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək

Bakı, 29 mart, AZƏRTAC

Bu gün Maltada futbol üzrə Azərbaycan və Latviya milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək.

Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq oyunun baş hakimi Trustin Farrugia Kann olacaq. Ona Luke Portelli və Dunkan Sultana kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrea Skiriha yerinə yetirəcək.

Yığmamızın heyətində Bədavi Hüseynov, rəqibdə isə Eduard Emsis zədə səbəbindən oyunu buraxacaq. Komandamız tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gələcək. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıb, 1-də Azərbaycan millisi qələbə qazanıb. Topların nisbətində də yığmanın üstünlüyü var - 5:3.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.