CƏMİYYƏT


Bu gün Azərbaycanda 25 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Azərbaycanda 25 min 462 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 500 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 194 min 432, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 964 min 151, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 230 min 281 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.