CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19-a 74 yoluxma faktı qeydə alınıb

Bu gün Azərbaycanda COVID-19-a 74 yoluxma faktı qeydə alınıb

Bakı, 28 mart, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 74 yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 115 nəfər müalicə olunaraq sağalıb, 10 min 175 nəfər vəfat edib. Aktiv xəstə sayı 204 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1721, bu günə qədər isə ümumilikdə 7 milyon 555 min 412 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.