CƏMİYYƏT
Bu gün Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 5626 test aparılıb
Bakı, 3 iyun, AZƏRTAC
Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5626 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 315.527-ə çatıb. Bir milyon nəfərə düşən test sayı 31 mindən çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, hazırda 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan yarıdan çoxu Bakıdakı xüsusi rejimli xəstəxanalarda müalicə alır. Xəstələrdən 96 nəfəri reanimasiyadadır ki, onlardan da 17-si süni tənəffüs cihazına qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]