CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 23 min dozadan çox peyvənd vurulub

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 min 587 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 18 min 944 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 83, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 200 min 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 714 min 478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 757 min 277 təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.