CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 28 min dozadan çox peyvənd vurulub

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycanda 28 min 97 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 953, “buster” doza ilə peyvənd olunanların sayı isə 22 min 398 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 729 min 782, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 206 min 120, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 720 min 935 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 802 min 727 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.