CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 2974 doza vaksin vurulub

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 974 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 345, ikinci doza vaksinlərin sayı 275, üç və daha çox doza vaksinlərin sayı 2 min 131, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 712 min 980, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 346 min 518, ikinci mərhələ üzrə 4 milyon 847 min 988, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 273 min 494, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 244 min 980-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.