CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 31 min dozadan çox peyvənd vurulub

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycanda 31 min 60 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 456 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 226 min 83, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 976 min 945, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 249 min 138 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.