CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 31 min dozadan çox peyvənd vurulub

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Azərbaycanda 31 min 389 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 92 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 257 min 472, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 991 min 242, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 266 min 230 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.