CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 31 min dozaya yaxın peyvənd vurulub

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Azərbaycanda 30 min 619 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 433 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 168 min 970, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 954 min 189, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 214 min 781 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.