CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 31 minə yaxın peyvənd vurulub

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Azərbaycanda 30 min 887 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2065, “buster” doza ilə peyvənd olunanların sayı isə 26 min 319 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 936 min 475, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 225 min 69, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 738 min 970 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 972 min 436 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.