CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə 36 min dozadan çox peyvənd vurulub

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Azərbaycanda 36 min 394 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 919 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 73 min 493, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 916 min 894, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 156 min 599 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.