CƏMİYYƏT
Bu gün Azərbaycanda COVID-19 əleyhinə 43 doza vaksin vurulub
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 43 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 26, ikinci doza vaksinlərin sayı 6, üç və daha çox doza vaksinlərin sayı 10, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 68, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 660, ikinci mərhələ üzrə 4 milyon 883 min 963, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 199, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 246-dır.