CƏMİYYƏT


Bu gün Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bu gün Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 94 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 21, ikinci doza vaksinlərin sayı 50, üç və daha çox doza vaksinlərin sayı 22, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 600, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 131, ikinci mərhələ üzrə 4 milyon 883 min 024, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 247, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 198-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.