CƏMİYYƏT
Bu gün Azərbaycanda koronavirusa qarşı 27 mindən çox vaksin vurulub
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Azərbaycanda 27 min 339 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 17, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 363, “buster” doza ilə peyvənd olunanların sayı isə 19 min 959 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 702 min 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 98 min 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 593 min 278 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 11 min 169 nəfər təşkil edir.