CƏMİYYƏT


Bu gün Azərbaycanda koronavirusa qarşı 36 minə yaxın vaksin vurulub

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Azərbaycanda 35 min 832 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 346, “buster” doza ilə peyvənd olunanların sayı isə 26 min 597 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 675 min 649, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 95 min 524, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 588 min 915 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 991 min 210 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.