CƏMİYYƏT


Bu gün Azərbaycanda koronavirusa qarşı 68 mindən çox vaksin vurulub

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 68 min 21 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41 min 934, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 26 min 87 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 187 min 428-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 13 min 620, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 173 min 808 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.