CƏMİYYƏT


Bu gün Azərbaycanda koronavirusa qarşı 78 minə yaxın vaksin vurulub

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 77 min 785 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 47 min 560, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 30 min 225 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 119 min 407-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 971 min 686, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 147 min 721 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.