CƏMİYYƏT


Bu gün Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 125 nəfər müalicə olunaraq sağalıb, 412 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, bu gün koronavirusdan ölüm halı qeydə alınmayıb. Hazırkı dövrədək ölkəmizdə 340 min 57 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 907 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib. Aktiv xəstə sayı 3148 nəfərdir. Ötən müddət ərzində 3 milyon 965 min 397 test aparılıb. Bugünkü test sayı isə 11 min 381-dir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.