İDMAN


Bu gün Azərbaycanın U-19 komandası Xorvatiyada monteneqrolu həmyaşıdları ilə qarşılaşacaq

Bakı, 4 oktyabr, AZƏRTAC

On doqquz yaşadək qız futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, komandamız Monteneqro yığması ilə qarşılaşacaq. Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda keçiriləcək, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq qarşılaşmanın hakimləri müəyyənləşib.

Matçın baş hakimi niderlandlı Marisca Overtoom olacaq. Ona Diana Snoeren (Niderland) və Ivona Pejic (Xorvatiya) kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Jelena Kumer yerinə yetirəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.