İDMAN


Bu gün Azərbaycanın U-21 komandası xorvatiyalı həmyaşıdları ilə qarşılaşacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Xorvatiya yığması ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da, saat 20:30-da keçiriləcək oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Andrey Berka olacaq. Ona İvo Nadvornik və Matey Vlcek kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Orel yerinə yetirəcək.

Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub, üçüncü oyunda isə Finlandiya ilə heç-heçə edib. Hazırda 1 xalı olan yığmamız 6 kollektiv arasında beşinci pillədə qərarlaşıb. Xorvatiya isə 9 xalla ikincidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.