İDMAN


Bu gün Azərbaycanın iki güləşçisi hərbçilərin  dünya çempionatında mübarizəyə qoşulur

Bakı, 21 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Sentyabrın 21-də Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının ikinci gününə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulur. Sərbəst güləşçilərimizdən Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, dünya çempionatının birinci günündə yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.